
Övladlığa götürülən və ailələrinə qaytarılan uşaqların sayı açıqlanıb
2025-ci ildə Azərbaycanda uşaqların müdafiəsi və ailə mühitinə reinteqrasiyası sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib.
Fins.az xəbər verir ki, bu məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında yer alıb.
Övladlığa götürülmə
Hesabat dövründə 149 uşaq övladlığa verilib. Övladlığa götürülən uşaqların cins üzrə bölgüsü belədir: 78 oğlan və 71 qız.
Uşaqların övladlığa götürülmə qaydaları üzrə statistikası aşağıdakı kimidir:
32 uşaq uşaq müəssisəsindən
57 uşaq qohumları tərəfindən
35 uşaq ögey valideyn tərəfindən
22 uşaq valideynlərin razılığı əsasında
3 uşaq əcnəbilər tərəfindən
Valideyn himayəsindən məhrum uşaqlar
2025-ci ildə valideyn himayəsindən məhrum 293 uşaq uçota götürülüb, onlardan 152-si qız, 141-i oğlan olub.
Reinteqrasiya tədbirləri
Hesabat ilində aparılan reinteqrasiya tədbirləri nəticəsində 176 uşaq ailələrinə qaytarılıb. Qeyd edək ki, 2020-ci ildən bəri ümumilikdə 840 uşaq ailələrinə reinteqrasiya olunub.
Bu göstəricilər Azərbaycan dövlətinin uşaqların müdafiəsi, ailə mühitinə qaytarılması və övladlığa götürülmə proseslərinin şəffaf və effektiv şəkildə aparılması istiqamətindəki davamlı səylərini əks etdirir.