Ötən il Azərbaycanda su təchizatı sistemlərindən 702 su nümunəsi yoxlanılıb

Ötən il Azərbaycanda su təchizatı sistemlərindən 702 su nümunəsi yoxlanılıb

SOSİUM
305

Fins.az - 2025-ci ildə ölkə əhalisinin təsərrüfat-içməli su ilə təminatına sanitariya nəzarəti məqsədilə monitorinqlər həyata keçirilib.

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında 61 şəhər və rayonun su təchizatı sistemlərindən götürülmüş nümunələr müayinə olunub.

Hesabata görə, bakterioloji və fiziki-kimyəvi göstəricilər üzrə ümumilikdə 702 su nümunəsi laboratoriyada analiz edilib.

Aparılan müayinələrin nəticələrinə əsasən:

  • nümunələrin 1 faizi orqanoleptik göstəricilər üzrə,

  • 0,5 faizi kimyəvi göstəricilər üzrə,

  • 2,8 faizi isə bakterioloji göstəricilər üzrə dövlət standartlarının tələblərinə cavab verməyib.

Monitorinqlər içməli suyun keyfiyyətinə sanitariya nəzarətinin təmin edilməsi və əhalinin təhlükəsiz su ilə təmin olunması məqsədilə həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Azərbaycanda su təchizatı sistemlərindən 702 su nümunəsi yoxlanılıb — Fins.az — Fins.az