Ötən il 7 min nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub

Ötən il 7 min nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub

SOSİUM
310

2025-ci ildə Azərbaycanda 7 min nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, ictimai işlərə cəlb olunan şəxslər arasında müxtəlif sosial qrupların nümayəndələri də yer alıb. Belə ki, iştirakçıların 215 nəfəri şəhid ailəsi üzvü, 723 nəfəri əlilliyi olan şəxslərdir. Onlardan 173 nəfəri müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərdir.

Eyni zamanda, proqramda 696 nəfər müharibə veteranı, 396 nəfər keçmiş məcburi köçkün iştirak edib.

Statistikaya görə, ictimai işlərə cəlb olunanların 2,8 min nəfərini qadınlar təşkil edib. Bundan başqa, 699 nəfər 29 yaşadək gənc, 18 nəfər 20 yaşadək gənc, 290 nəfər isə pensiya yaşına iki ildən az qalmış şəxslər olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il 7 min nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub — Fins.az — Fins.az