
Ölkə əhalisinin 5,2%-i sosial müavinətlə təmin olunub
Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin 336 min üzvünə Ünvanlı Dövlət Sosial Yardım (ÜDSY) ödənişi təmin olunub. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 422,4 manat olub.
Hesabata görə:
471,1 min nəfərə və ya ölkə əhalisinin 4,6%-nə aylıq,
58 min nəfərə və ya ölkə əhalisinin 0,6%-nə birdəfəlik olmaqla,
ümumilikdə 529 min nəfərə və ya ölkə əhalisinin 5,2%-nə sosial müavinət verilib.
Eyni zamanda, 406,6 min nəfərə və ya ölkə əhalisinin 4,0%-nə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.
Hesabat dövründə əhaliyə sosial xidmətlərin proaktiv qaydada göstərilməsi tədbirləri də davam etdirilmiş, 2025-ci ildə 157,8 min nəfərə elektron qaydada sosial müavinət və Prezident təqaüdü təyin olunub. Bu, sosial yardımın daha şəffaf və vaxtında təqdim edilməsini təmin edir.