Naxçıvanda işsizlik və məşğulluq göstəriciləri açıqlanıb

Naxçıvanda işsizlik və məşğulluq göstəriciləri açıqlanıb

SOSİUM
268

2026-cı il yanvarın 1-nə olan vəziyyətə əsasən, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artaraq 472 429 nəfərə çatıb.

Fins.az-ın məlumatına görə, bu göstərici bir il ərzində 1 486 nəfər və ya 0,3 faiz artım deməkdir.

Məlumata əsasən, iqtisadi fəal əhalinin sayı 275 513 nəfər olub və əvvəlki illə müqayisədə 6 545 nəfər və ya 2,4 faiz yüksəlib. Məşğul əhalinin sayı da artım nümayiş etdirərək 261 009 nəfərə çatıb ki, bu da 1 718 nəfər və ya 0,7 faiz artım deməkdir.

Bununla yanaşı, rəsmi qeydiyyatda olan işsizlərin sayı 14 504 nəfər, işaxtaranların sayı isə 22 257 nəfər səviyyəsində qeydə alınıb.

Əmək bazarına dair göstəricilərə əsasən, muzdla çalışan işçilərin ümumi sayı 60 977 nəfər təşkil edib. Onların 62,1 faizi və ya 37 865 nəfəri dövlət sektorunda, 37,9 faizi və ya 23 112 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

2025-ci il ərzində 750 yeni iş yerinin açılması əmək bazarına əlavə dinamika gətirib. Bu iş yerlərinin 68,4 faizi özəl sektorun, 31,6 faizi isə dövlət sektorunun payına düşüb. Eyni zamanda, yeni iş yerlərinin 65,3 faizi mövcud müəssisələrdə yaradılıb, 34,7 faizi isə tamamilə yeni təsis edilən iş yerləridir.

Orta aylıq əməkhaqqı 822,3 manat təşkil edib və bu göstərici əvvəlki illə müqayisədə 5,1 faiz artıb. Dövlət sektorunda orta maaş 929,4 manat olub və illik artım 5,8 faiz səviyyəsində qeydə alınıb. Qeyri-dövlət sektorunda isə orta əməkhaqqı 648,8 manat təşkil edib və burada artım 2,8 faiz olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Naxçıvanda işsizlik və məşğulluq göstəriciləri açıqlanıb — Fins.az — Fins.az