İT Mütəxəssisi - VAKANSİYA

İT Mütəxəssisi - VAKANSİYA

SOSİUM
262

Fins.az - Azərbaycan Beynəlxalq Maarif Məktəblərinə informasiya texnologiyaları infrastrukturunun effektiv, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edəcək, texniki həllər vasitəsilə tədris prosesini dəstəkləyəcək və məktəbdaxili tədbirlərin texniki təşkilində fəal iştirak edəcək İT Mütəxəssisi tələb olunur.

Tələb olunan Kvalifikasiyalar:

  • İnformasiya Texnologiyaları, Kompüter Texnologiyaları, Elektronika, İnformasiya Sistemləri və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi

  • İT dəstəyi, sistem idarəçiliyi və ya texniki infrastruktur sahəsində təcrübə

  • Şəbəkə infrastrukturu, internet sistemləri, kompüter avadanlığı və əməliyyat sistemləri haqqında biliklər

  • Səs, video, proyeksiya və konfrans sistemlərinin quraşdırılması və idarə olunması sahəsində təcrübə

  • Ağıllı lövhələr, printerlər, kamera sistemləri və təhsil texnologiyası avadanlıqları üçün texniki dəstək göstərmək bacarığı

  • ü  Microsoft 365, Microsoft Teams, Outlook və Office proqramlarından istifadə bacarığı

  • Planlaşdırma, təşkilatlanma və prosesi izləmək bacarığı

  • Güclü ünsiyyət və komandada işləmək bacarığı

  • Müəllimlər, tələbələr və inzibati heyətlə həll yönümlü, səbirli və peşəkar şəkildə ünsiyyət qurmaq bacarığı

  • Çevik iş qrafikinə və tədbirlərə əsaslanan iş tempinə uyğunlaşma bacarığı

Üstünlük verilən cəhətlər:

  • Təhsil müəssisələrində İT proseslərində təcrübə

  • Qrafik dizayn, təqdimat hazırlamaq və ya rəqəmsal məzmun istehsal alətlərindən istifadə

  • Təhlükəsizlik kamera sistemləri və səs (anons) sistemləri ilə bağlı təcrübə

Maraqlanan namizədlər öz CV-lərini ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...