
Müştəri Xidmətləri və Rezervasiya Koordinatoru - VAKANSIYA
Fins.az - SRC LLC vakansiya elan edir.
İş şəraiti
Vəzifə Maaşı 800 + AZN
İş vaxtı: Növbəli
İstirahət: Növbəli
İş yeri: “Heydər Əliyev Adına Hava Limanı”
Vəzifəyə dair tələblər
Təhsil: Ali təhsil, bakalavr dərəcəsi (turizm, biznes, marketinq və müştəri xidməti sahələrində təhsil üstünlükdür).
Təcrübə: Müştəri xidmətləri və satış sahəsində 1 ilədək iş təcrübəsi tələb olunur. Müştəri ilə işdə təcrübəli olmaq üstünlükdür.
Dil Bilikləri: Azərbaycan, Rus dili İngilis dili
İngilis dili yaxşı səviyyədə
Yaş Həddi: 25-35 yaş
Bacarıqlar:
Müxtəlif növ müştərilərlə nəzakətli və peşəkar şəkildə ünsiyyət qurma.
Sürətli iş və müştəri məmnuniyyətini təmin etmək.
İş şəraitinə uyğunlaşmaq və yeni təşəbbüslərlə irəli çıxmaq.
Komanda üzvləri ilə qarşılıqlı dəstək, iş birliyi yaratmaq.
Yüksək xidmət səviyyəsi və satış hədəflərini yerinə yetirməkdə maraqlı olmaq.
Təzyiq altında sürətli və dəqiq işləmək bacarığı.
Əsas Vəzifə Öhdəlikləri:
Müştərilərin müraciətlərinə cavab olaraq SIXT-in müxtəlif icarə xidmətləri haqqında dolğun məlumat təqdim etmək və suallara cavab vermək.
Müştəri sifarişlərini qəbul edərək, ehtiyaclarına uyğun olaraq onları yönləndirmək və müqavilələri hazırlamaq.
Müştərilərlə nəzakətli yazışma və telefon ünsiyyətini təmin etmək.
Daxili proqramlarda rezervasiya, ödəniş və digər əməliyyatları icra etmək və gündəlik hesabatları hazırlamaq.
Müştərilərə xidmətlər, istiqamətlər, yerli xəritələr və digər köməkçi məlumatlar təqdim etmək.
İcarədən qayıdan nəqliyyat vasitələrinin ödənişlərini qəbul etmək, müştəri problemlərini effektiv həll etmək.
İcarə müqavilələrini hazırlamaq, müvafiq şöbələrlə sənəd və məlumat mübadiləsini aparmaq.
Şirkətin nüfuzunu və müştəri məmnuniyyətini qorumağa dair məsuliyyət daşımaq.
Şirkətin aylıq və illik satış hədəflərinə nail olmaq
Müraciətlərinizi “Müştəri Xidmətləri və Rezervasiya Koordinatoru başlığı ilə ([email protected]) elektron poçt ünvanına göndərin.