
Mühərrik ustası vakansiyası
Mühərrik ustası (minik və yüngül kommersiya avtomobili sahəsi üzrə)
Əmək haqqı: 1000 AZN
Tələblər:
- Avtomobil sahəsində minimum 5 il iş təcrübəsi;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
- Komandada işləmək bacarığı;
- Yaş həddi: 25–45.
Vəzifələr:
- Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Təhkim olunmuş əl alətlərini düzgün qaydada istifadə etmək;
- Təhkim olunmuş əl alətlərini təmiz və səliqəli saxlamaq;
- İstehsalçıların təmir texnologiyalarına riayət etmək;
- Texniki dəstək üçün Baş mexanikə müraciət etmək;
- Görülmüş işlər haqqında iş kartında qeydlər aparmaq;
- Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq;
- Daxili prosedurlara və nizam-intizam qaydalarına riayət etmək;
- Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək;
- İş yerini təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
- Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək;
- Lazımi texniki dəstək üzrə prosedurlara riayət etmək;
- Üst rəhbərinə görülən işlər barədə hesabat vermək;
- Daxili nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etmək.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və ya rus dilində) mövzu hissəsində “Mühərrik ustası” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
