Mühasib - VAKANSİYA

Mühasib - VAKANSİYA

SOSİUM
381

Fins.az - Consulting Company Mühasib vəzifəsinə vakansiya elan edir.

İş barədə məlumat

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

  • Vergi və mühasibat uçotunun aparılması

  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların

  • Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

  • Debitor və kreditor hesablaşmaların aparılması

  • Əmək haqqı, məzuniyyətlərin hesablanması

  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s

  • Mal-materialların uçotunun aparılması

  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması

  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi

  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması

  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

İş şəraiti

  • İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaqdır.

Namizəd üçün tələblər

  • Təcrübə önəmli deyil

  • Ali təhsil

  • Mükəmməl EXCEL bilikləri

  • Mükəmməl Vergi Qanunvericiliyi bilikləri

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mühasib - VAKANSİYA — Fins.az — Fins.az