MSK katibi bildiriş ala bilməyən seçicilərə çağırış etdi

MSK katibi bildiriş ala bilməyən seçicilərə çağırış etdi

SOSİUM
927

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov açıqlamasında deyib ki, bildiriş ala bilməyən seçicilər müvafiq Məntəqə Seçki Komissiyası ilə əlaqə saxlayıb bildirişləri götürə bilərlər.

“Vətəndaşlar hansı məntəqədə səs verəcəklərini bilirlərsə, bildiriş gəlməsini gözləməli deyillər. Kimsə evində yoxdursa, onu hökmən harada olsa axtarıb tapıb bildiriş verilməlidir” - deyə M.Rəhimov söyləyib.

MSK katibinin sözlərinə görə, bildiriş seçiciyə səs hüququndan istifadə üçün xüsusi status vermir.

“Vətəndaş bilirsə ki, seçkidir, səsvermə hüququndan istifadə etməlidir. Kimdəsə bildiriş yoxdursa, kiməsə bildiriş gəlməyibsə, bu o demək deyil ki, həmin adam səsverməyə getməməlidir. Getməlidir, seçici siyahısında adını axtarmalıdır, səsvermə günü səsini verməlidir”.

Qeyd edək ki, Azərbaycanda bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MSK katibi bildiriş ala bilməyən seçicilərə çağırış etdi — Fins.az — Fins.az