Milli Məclisin komitə iclası keçiriləcək

Milli Məclisin komitə iclası keçiriləcək

SOSİUM
461

Bu gün – iyunun 1-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

Bu barədə  MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

Ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan hər iki qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

İclas haqqında geniş məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Milli Məclisin komitə iclası keçiriləcək — Fins.az — Fins.az