
Mikrokreditlər bölməsinin aparıcı eksperti (Bakı filialı) - VAKANSİYA
Fins.az - Bank of Baku Mikrokreditlər bölməsinin aparıcı eksperti (Bakı filialı) vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir.
Tələblər:
Ali təhsil- bakalavriat
Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
MS Office proqramları ilə işləmə bacarığı;
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et: https://careers.bankofbaku.com/az/vacancies/1229