Mayda iki qeyri-adi hadisə baş verəcək

Mayda iki qeyri-adi hadisə baş verəcək

SOSİUM
350

Fins.az - Bu ilin may ayında nadir astronomik hadisə baş verəcək.

Ayın həm əvvəlində, həm də sonunda müşahidə olunacaq tam ay tutulması bir neçə ildən bir baş verən maraqlı kosmik hadisələrdən hesab olunur.

Bu ilin may ayının 1-i və 31-i tarixlərində tam ay tutulması baş verəcək. Eyni təqvim ayı ərzində iki dəfə tam ay tutulmasının qeydə alınması nadir hallarda rast gəlinən astronomik hadisədir.

Mütəxəssislərin sözlərinə görə, bu hadisənin səbəbi Ayın Yer ətrafında hərəkət dövrü ilə bağlıdır. Belə ki, Ay Yer ətrafında tam dövrünü təxminən 27,3 günə başa vurur. Lakin Yer də eyni zamanda Günəş ətrafında hərəkət etdiyi üçün bu müddət təxminən 29,5 günə qədər uzanır.

Əgər təqvim ayı 31 gündən ibarət olarsa və ilk tam ay tutulması ayın 1-nə təsadüf edərsə, ikinci tutulma ayın son gününə düşür. Məhz bu səbəbdən may ayında iki tam ay tutulması müşahidə ediləcək.

Bununla belə, astronomlar üçün tam ay tutulması hər zaman arzuolunan hadisə hesab olunmur. Ayın bu dövrdə daha parlaq olması ulduzların müşahidəsini çətinləşdirir və bəzi elmi müşahidələrə mane ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mayda iki qeyri-adi hadisə baş verəcək — Fins.az — Fins.az