Mağaza rəhbəri - VAKANSİYA

Mağaza rəhbəri - VAKANSİYA

SOSİUM
219

Fins.az - Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;

  • Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;

  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;

  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;

  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;

  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;

Hansı super gücləriniz olmalıdır:

  • Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 2 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)

  • Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir

  • Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır

  • Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.

  • Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.

  • Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.

Biz sizə nələr təklif edirik:

  • 6 günlük növbəli qrafikdə iş rejimi;

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;

  • Şirkət daxili təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi imkanı;

  • Satış sahəsində nailiyyətlərə görə bonuslar.

  • Fix 800 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1000 – 2000 Azn)

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mağaza rəhbəri - VAKANSİYA — Fins.az — Fins.az