
Kommunikasiya üzrə mütəxəssis vakansiyası
Kommunikasiya üzrə mütəxəssis
İş şəraiti:
· Əmək haqqı: 800 AZN;
· Peşəkar və dinamik iş mühiti;
· Karyera inkişafı və peşəkar yüksəliş imkanları.
Vəzifə öhdəlikləri:
· Daxil olan telefon zənglərini peşəkar şəkildə cavablandırmaq və müvafiq istiqamətləndirmək;
· Müştəri rezervasiyalarını sistemə dəqiq və tam şəkildə daxil etmək;
· Müştərilərin tələbatına uyğun masa seçimləri və rezervasiya həlləri təqdim etmək;
· Telefon vasitəsilə əlavə xidmətlər və xüsusi təkliflər barədə məlumat vermək, upsell satışlarını həyata keçirmək;
· Rezervasiyalar üzrə dəyişiklik və ləğvləri operativ şəkildə idarə etmək;
· Müştəri məmnuniyyətinin təmin olunmasına yönəlmiş yüksək xidmət standartlarını qorumaq.
Namizədə tələblər:
· Orta ixtisas və ya ali təhsil (Turizm, Xidmət və Menecment ixtisasları üzrə təhsil üstünlük hesab olunur);
· Müştəri xidməti, satış texnikaları üzrə təlim və sertifikatların olması üstünlükdür;
· Müştəri xidməti, rezervasiya və ya telefonla sifariş qəbulu sahəsində minimum 1 il iş təcrübəsi;
· MS Office proqramlarında işləmək bacarığı;
· Güclü kommunikasiya və təqdimat bacarıqları;
· Operativlik, məsuliyyətlilik, detallara diqqət və stresə davamlılıq;
· Satış yönümlü düşüncə tərzi və müştəri məmnuniyyətinə fokuslanma.
Müraciət:
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
