Kolorit Restoranlar Şəbəkəsində SMM Mütəxəssisi vakansiyası

Kolorit Restoranlar Şəbəkəsində SMM Mütəxəssisi vakansiyası

SOSİUM
235

Vakansiya: SMM Mütəxəssisi

Kolorit restoranlar şəbəkəsi kreativ və nəticəyönümlü xanım SMM Mütəxəssisi axtarır.

İş şəraiti:

- İş qrafiki: Bazar ertəsi–Şənbə, 12:00–20:00;

- Əmək haqqı: 800–1000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq);

- İş yeri: Nizami küçəsi 93A.

 

Vəzifə öhdəlikləri:

- Reels, TikTok və digər qısa formatlı videoların çəkilişi və montajı;

- Sosial media platformaları üçün kreativ kontent planının hazırlanması və idarə olunması;

- Filialların gündəlik stori və kontent axınının koordinasiyası;

- Trendlərin, viral formatların və yeni media yanaşmalarının izlənilməsi və tətbiqi;

- Kontentin nəticələrinin təhlil edilməsi və inkişaf təkliflərinin hazırlanması;

- Komanda və filiallarla effektiv əməkdaşlığın qurulması.

 

Namizədə tələblər:

- SMM və ya mobiloqrafiya sahəsində minimum 1 il iş təcrübəsi;

- Video çəkilişi və montaj bacarıqları;

- Instagram və TikTok platformalarında kontent idarəçiliyi üzrə praktiki təcrübə;

- Kreativ düşüncə və estetik baxış;

- Planlı işləmək, araşdırma aparmaq və ideyaları effektiv şəkildə təqdim etmək bacarığı.

 

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kolorit Restoranlar Şəbəkəsində SMM Mütəxəssisi vakansiyası — Fins.az — Fins.az