Keyfiyyətə nəzarət üzrə mühəndis (tikinti üzrə) - VAKANSİYA

Keyfiyyətə nəzarət üzrə mühəndis (tikinti üzrə) - VAKANSİYA

SOSİUM
210

Fins.az - GM Construction vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;

  • Sahə rəisləri/layihə rəhbərləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;

  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;

  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;

  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının)  gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;

  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;

  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;

  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;

  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;

  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.

 ​​​​​​Tələblər:

  • Cins: kişi;

  • Yaş həddi: 30-55;

  • Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi; 

  • Ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);

  • Məsuliyyətli;

  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;

  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;

  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;

  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

İş şəraiti:

  • İş yeri: Bakı, Heydər Əliyev pr. 189.

  • İş rejimi: 6 günlük, şənbə - qısaldılmış (09:00-13:00) iş günü;

  • Naharla təmin edilmə;

  • Korporativ nömrə ilə təmin olunma;

  • Əmək haqqı razılaşma əsasında.

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin qeyd olunan elektron poçt ([email protected]) ünvanına CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Keyfiyyətə nəzarət üzrə mühəndis (tikinti üzrə) - VAKANSİYA — Fins.az — Fins.az