Kəlbəcərin Zar kəndində 547 fərdi evin tikintisi planlaşdırılır

Kəlbəcərin Zar kəndində 547 fərdi evin tikintisi planlaşdırılır

SOSİUM
329

Fins.az - Kəlbəcər rayonunun Zar kəndində yeni yaşayış məntəqəsinin yaradılması istiqamətində tikinti işləri həyata keçirilir. Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib ki, 855 ailə üçün nəzərdə tutulan yaşayış məntəqəsinin birinci mərhələsində 547 ailəlik fərdi evlərin tikintisi planlaşdırılır.

Layihəyə əsasən, 225,18 hektar ərazidə ümumilikdə 547 birmərtəbəli fərdi yaşayış evi inşa olunacaq. Bu evlərdən:

  • 131-i ikiotaqlı,

  • 289-u üçotaqlı,

  • 92-si dördotaqlı,

  • 35-i isə beşotaqlı olacaq.

Bununla yanaşı, kənddə sosial infrastrukturun yaradılması da nəzərdə tutulur. Belə ki, 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina və həkim-tibb məntəqəsinin tikintisi planlaşdırılıb.

Hesabatda qeyd olunur ki, Zar kəndinin tikintisinə 2025-ci ilin may ayında başlanılıb və layihə üzrə işlərin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kəlbəcərin Zar kəndində 547 fərdi evin tikintisi planlaşdırılır — Fins.az — Fins.az