Kartpak MMC B2B Satış Mütəxəssisi Vakansiyası

Kartpak MMC B2B Satış Mütəxəssisi Vakansiyası

SOSİUM
394

Vakansiya: B2B Satış Mütəxəssisi

Kartpak MMC karton qutu, qablaşdırma və çap məhsulları sahəsində fəaliyyət göstərən komandası üçün nəticəyönümlü və ünsiyyət bacarıqları yüksək olan B2B Satış Mütəxəssisi axtarır.

İş şəraiti:

- İş yeri: Bakı şəhəri;

- İş qrafiki: Tam iş günü, 6 günlük iş həftəsi;

- Əmək haqqı: 500 AZN sabit əmək haqqı + bonus sistemi;

- Karyera inkişafı və peşəkar yüksəliş imkanı.

Vəzifə öhdəlikləri:

- Karton qutu, qablaşdırma və çap məhsulları üzrə korporativ müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;

- Potensial müştərilərlə görüşlərin keçirilməsi və kommersiya təkliflərinin hazırlanması;

- Mövcud müştərilərlə əlaqələrin idarə olunması və yeni əməkdaşlıqların qurulması;

- Müştəri ehtiyaclarının təhlili və uyğun qablaşdırma həllərinin təqdim edilməsi;

- Satış planlarının icrası və müəyyən edilmiş hədəflərə nail olunması;

- Müqavilələrin hazırlanması və sifariş prosesinin koordinasiya edilməsi;

- Bazar araşdırmalarının aparılması və rəqiblərin fəaliyyətinin təhlili;

- Satış fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

- Müştəri məmnuniyyətinin təmin edilməsi.

Tələblər:

- Ali təhsil;

- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

- Rus və ya ingilis dili biliyi üstünlükdür;

- Satış texnikaları və müştəri münasibətlərinin idarə olunması sahəsində biliklər;

- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;

- MS Office proqramlarında işləmək bacarığı;

- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;

- Komanda ilə və müstəqil işləmək bacarığı.

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu hissəsində "B2B Satış Mütəxəssisi" qeyd olunması xahiş olunur.

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...