İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib - VİDEO

İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib - VİDEO

SOSİUM
689

İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər.

İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyindən Fins.az-a bildirilib ki, bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.

Hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir.

Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.

“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə videodan tanış olmaq olar.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib - VİDEO — Fins.az — Fins.az