İstehsalat şöbəsinin müdiri (Mingəçevir / Bakı) - VAKANSİYA
Fins.az - Prime Cotton elan edir.
Təsvir
Müəssisənin istehsal strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
İdarəçiliyində olan istehsal sahələrinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək;
İstehsal planlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
İstehsal güclərindən səmərəli istifadəyə nəzarət etmək və məhsuldarlığın artırılması üzrə tədbirlər həyata keçirmək;
Texnoloji proseslərin müəyyən edilmiş standart və normativ tələblərə uyğun aparılmasını təmin etmək;
İstehsalat avadanlıqlarının istismarı, texniki baxışı və təmir proseslərinə rəhbərlik etmək;
Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
Xammal, enerji və digər resurslardan səmərəli istifadəni təşkil etmək;
İstehsal proseslərində yaranan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək;
İstehsal göstəricilərinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
İstehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması layihələrinə rəhbərlik etmək;
Müəssisənin modernizasiya layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
Şöbənin illik və aylıq büdcəsinin hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və onların peşəkar inkişafını dəstəkləmək;
Şöbələrarası əməkdaşlığın təmin olunması və istehsalatla bağlı məsələlərin koordinasiyasını həyata keçirmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
Daxili prosedurların, qaydaların və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
Keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyət göstərmək və audit proseslərində iştirak etmək;
Risklərin müəyyənləşdirilməsi və azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
Ali təhsil (Mühəndislik, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi, İstehsalatın idarə olunması və ya əlaqəli sahələr üzrə);
İstehsalat sahəsində minimum 7 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
İstehsal proseslərinin idarə olunması və optimallaşdırılması sahəsində praktiki təcrübə;
Texnoloji proseslər, avadanlıqların istismarı və texniki xidmət üzrə dərin biliklər;
İstehsal planlaşdırılması və istehsal gücünün idarə olunması bacarığı;
Büdcələşdirmə və xərclərin idarə olunması üzrə təcrübə;
ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə bilik və ya sertifikatların olması üstünlükdür;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblər üzrə biliklər;
Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik;
MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
AutoCAD, SolidWorks, Inventor və digər mühəndislik proqramlarında işləmək bacarığı;
Liderlik və komanda idarəetmə bacarıqları;
Analitik düşünmə və problem həll etmə bacarıqları;
Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
Dəyişikliklərin idarə olunması və nəticəyönümlü yanaşma.
Vakansiya növü - Tam ştat