İctimai nəqliyyatda ödənişlərin izlənməsi asanlaşır – qəbzlərdə marşrut məlumatı görünəcək

İctimai nəqliyyatda ödənişlərin izlənməsi asanlaşır – qəbzlərdə marşrut məlumatı görünəcək

SOSİUM
144

İctimai nəqliyyatda ödəniş məlumatlarının izlənməsi daha da asanlaşır

Fins.az - İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik istifadəyə verilir.

Artıq sərnişinlər bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.

Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək. Bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.

Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən Birbank mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.

Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İctimai nəqliyyatda ödənişlərin izlənməsi asanlaşır – qəbzlərdə marşrut məlumatı görünəcək — Fins.az — Fins.az