HR üzrə ERP Sistemləri Mütəxəssisi - VAKANSİYA

HR üzrə ERP Sistemləri Mütəxəssisi - VAKANSİYA

SOSİUM
343

Fins.az - Avant Construction vakansiya elan edir.


Vəzifənin məqsədi:

Şirkətdə tətbiq olunan ERP platforması üzərində HR modulunun funksional idarə olunması, proseslərin optimallaşdırılması və məlumat keyfiyyətinin təmin edilməsi.

Əsas vəzifələr:

  • ERP sisteminin HR modulu üzrə struktur və parametrlərin qurulması və idarə olunması

  • Təşkilati struktur, ştat vahidləri və əməkdaş məlumatlarının ERP üzərindən düzgün idarə olunması

  • Kadr hərəkətləri, məzuniyyət, davamiyyət və digər HR əməliyyatlarının ERP üzərindən icrasına nəzarət

  • ERP sistemində HR proses axınlarının (workflow) optimallaşdırılması

  • Yeni funksionallıqların konfiqurasiyası və test mərhələsində iştirak (UAT)

  • ERP sistemindən analitik və idarəetmə hesabatlarının hazırlanması

  • Data düzgünlüyünün monitorinqi və sistem uyğunsuzluqlarının aradan qaldırılması

  • HR və İT komandası ilə birlikdə sistem təkmilləşdirmə layihələrində iştirak

Tələblər:

  • Ali təhsil (İT, İnformasiya sistemləri, HR, Maliyyə və ya əlaqəli sahə)

  • ERP sistemləri ilə minimum 2–3 il iş təcrübəsi

  • ERP platformasında HR modulu üzrə praktiki iş təcrübəsi

  • ERP sistemində proses axınları (workflow) və konfiqurasiya məntiqi barədə bilik

  • Sistem üzərindən hesabatların hazırlanması və data analizi bacarığı

  • Excel proqramında yüksək səviyyə (pivot, mürəkkəb formullar və s.)

  • Analitik düşüncə və detallara diqqət

  • Komanda ilə işləmə və funksional kommunikasiya bacarığı

Üstünlük hesab olunur:

  • ERP tətbiqi, miqrasiya və ya optimallaşdırma layihələrində iştirak

  • HR data modeli və məlumat bazası strukturu barədə anlayış

  • Sorğu (query) məntiqi və ya SQL bilikləri

  • UAT və sistem test proseslərində iştirak təcrübəsi

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30 ;

  • Nahar şirkət tərəfindən təmin edilir

  • Əmək Haqqı: 1000 -1500AZN 

  • İş yeri-Çıraq plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “HR üzrə ERP mütəxəssisi” yazaraq göstərilən mail ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
HR üzrə ERP Sistemləri Mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az