HR Şöbə Rəhbəri - VAKANSİYA

HR Şöbə Rəhbəri - VAKANSİYA

SOSİUM
411

Fins.az - Hikvision Co vakansiya elan edir.

İş şəraiti

  • İş yeri: 28 may, şərq bazarın yaxınlığı

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:45 – 18:45. 

  • Şənbə günü 15:00 dek və növbəli (1 həftə iş günü, 1 həftə istirahət şənbə günlər)

  • Əmək haqqı: 1500 AZN

Vəzifə öhdəlikləri:

  • Şirkətin HR strategiyasının hazırlanması və həyata keçirilməsi

  • Kadrların seçimi və işə qəbul prosesinin tam idarə olunması

  • Vakansiyaların hazırlanması, yerləşdirilməsi və müsahibələrin təşkili

  • İşçilərin rəsmi qeydiyyatı, əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi

  • Əmək müqavilələrinin ƏMAS sistemi vasitəsilə qeydiyyatı və idarə olunması

  • Kadr sənədlərinin hazırlanması, uçotu və arxivləşdirilməsi

  • İşçilərin şəxsi iş qovluqlarının formalaşdırılması və saxlanılması

  • Tabel uçotunun aparılması və iş vaxtının düzgün qeydiyyatına nəzarət

  • Əmək haqqı hesablamaları üçün lazımi məlumatların hazırlanması və nəzarəti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün kadr proseslərinin icrasına nəzarət

  • Şirkət daxili qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi

  • Təşkilati-struktur sxemin hazırlanması və optimallaşdırılması

  • Şirkətdə KPI sisteminin qurulması, tətbiqi və monitorinqi

  • HR analitikası və hesabatların hazırlanması

  • İşçilərin adaptasiya proqramlarının hazırlanması və tətbiqi

  • Personalın inkişafı üçün təlim və inkişaf planlarının hazırlanması

  • Daxili təlimlərin və treninqlərin təşkili və keçirilməsi

  • Komanda idarəetməsi və HR komandasının fəaliyyətinə rəhbərlik

Namizədə tələblər:

  • HR / Kadrlar sahəsində minimum 3-5 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə)

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək

  • ƏMAS sistemi ilə yüksək səviyyədə işləmək bacarığı

  • KPI sistemləri üzrə bilik və tətbiq təcrübəsi

  • Personalın inkişafı, təlimlərin təşkili və keçirilməsi bacarığı

  • 1C, E-gov, Microsoft Excel proqramını bilmək

  • Analitik düşünmə və qərarvermə bacarığı

  • Liderlik və komanda idarəetmə bacarıqları

  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı

  • Məxfi məlumatlarla işləmə mədəniyyəti

  • Stressə davamlılıq və operativlik

Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
HR Şöbə Rəhbəri - VAKANSİYA — Fins.az — Fins.az