Hesabatçılıq şöbəsinin rəhbəri - VAKANSİYA

Hesabatçılıq şöbəsinin rəhbəri - VAKANSİYA

SOSİUM
247

Fins.az - Company elan edir.

İş şəraiti

  • İş qrafiki: 5 günlük / 09:00 – 18:00

  • İş yeri: Bakı, Azərbaycan

  • əmək haqqı: 2000 AZN - 3000 AZN

Vakansiyaya aid tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya istehsal mühəndisliyi üzrə)

  • IFRS, ACCA sertifikatları üstünlükdür

  • Minimum 5–7 il maliyyə/mühasibatlıq sahəsində təcrübə

  • Maya dəyəri kalkulyasiyası və istehsal xərc uçotu üzrə yüksək bilik

  • Güclü analitik düşüncə

  • Komanda idarəetmə və qərarvermə bacarığı

  • Stres altında çevik qərarvermə və problem həll etmə qabiliyyəti

İşin təsviri:

  • Maliyyə, mühasibatlıq, xərc uçotu və analitika qruplarına rəhbərlik

  • İstehsalın maliyyə uçotu proseslərini koordinasiya etmək

  • İş axınının optimallaşdırılması və daxili nəzarət mexanizmlərinin yaradılması

  • Xammal, material, əmək və istehsal xərclərinin düzgün bölüşdürülməsinə nəzarət

  • Məhsulun maya dəyərinin (COGS) hesablanması və mütəmadi yenilənməsi

  • İstehsal xətlərində xərc mərkəzləri (Cost Centers) üzrə xərclərin təhlili

  • Normativlərə (normativ xammal sərfi, istehsal vaxtı, enerji sərfi) uyğunluğun maliyyə nəzarəti

  • İstehsal güclərinə uyğun olaraq maliyyə və istehsal büdcələrinin hazırlanması

  • Xammal və material alışlarının maliyyə planlaşdırılması

  • İstehsal həcmlərinə əsasən xərclərin proqnozlaşdırılması

  • Büdcə icrasının aylıq analizi və istehsalat üzrə sapmaların müəyyən edilməsi

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik

  • İstehsal xərcləri, rentabellik, məhsul xətti üzrə mənfəətlilik hesabatları

  • Anbar dövriyyəsi və stok səviyyələri ilə bağlı maliyyə təhlilləri

  • Enerji, xammal və əmək xərcləri üzrə səmərəlilik göstəricilərinin hazırlanması

  • Anbar və satınalma proseslərinə maliyyə nəzarəti

  • Şirkət üçün xammal ödənişləri, əməkhaqqı və digər tələb olunan cash-flow-un idarə olunması

  • Debitor və kreditorların idarə edilməsi

  • Təchizatçılarla olan ödəniş cədvəllərinin koordinasiyası

  • Risklərin idarə edilməsi Strateji maliyyə qərarları

  • İstehsal gücünün artırılması ilə bağlı investisiya layihələrinin qiymətləndirilməsi

  • Avadanlıq alınması, modernizasiya və avtomatlaşdırma layihələrinin maliyyə analizi

  • Məhsul xəttinin rentabellik təhlillərinə əsasən istehsal strategiyasına təkliflər

  • Banklar, auditor və dövlət qurumları ilə əməkdaşlıq

  • Şirkətin strateji maliyyə qərarlarının hazırlanmasına rəhbərlik etmək.

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Maliyyə Meneceri” qeyd edib [email protected] elektron poçt ünvanına göndərəsiniz.   

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hesabatçılıq şöbəsinin rəhbəri - VAKANSİYA — Fins.az — Fins.az