Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib

Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib

SOSİUM
2,148

"Hazırda Azərbaycanda yalnız sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur".

Fins.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Gəncə və Lənkəranda aktiv yoluxma hallarında 2 dəfə artım qeydə alınıb: "Bu şəhərlər Bakı, Abşeron, Sumqayıt kimi narıncı zona elan edilib".

R.Bayramlı vurğulayıb ki, epidemioloji vəziyyət tədricən yaxşılaşdıqca və yoluxma halları sıfra endiyi halda, bütün məhdudiyyətlər aradan qaldırılacaq: "Yoluxma sürəti gündəlik əsasda təsdiq edilən yoluxma hallarının sayı ilə müəyyən edilir".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib — Fins.az — Fins.az