Fevral ayı üzrə pensiyalar artımla birgə ödənildi

Fevral ayı üzrə pensiyalar artımla birgə ödənildi

SOSİUM
1,027

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fins.az-a verilən məlumata görə, vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Xatırladaq ki, yanvar ayının pensiyalarına indeksasiya nəticəsində edilmiş artımlar fevral ayının pensiyalarına əlavə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fevral ayı üzrə pensiyalar artımla birgə ödənildi — Fins.az — Fins.az