Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək

Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək

SOSİUM
962

Energetika naziri Pərviz Şahbazov sentyabrın 22-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Fins.az-a verilən məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Füzuli rayonunun Horadiz şəhərində (ünvan: Horadiz şəhəri, H.Əliyev prospekti) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Energetika naziri Füzulidə vətəndaşları qəbul edəcək — Fins.az — Fins.az