EMTA və “Azəriqaz” İB arasında görüş keçirilib

EMTA və “Azəriqaz” İB arasında görüş keçirilib

SOSİUM
238

Fins.az - Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov arasında hər iki qurumun rəhbər heyətinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, müvafiq rəqəmsallaşma layihələri müzakirə olunub. Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə toxunaraq, qurumlararası əlaqələrin daha da genişləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EMTA və “Azəriqaz” İB arasında görüş keçirilib — Fins.az — Fins.az