
Elektrik Təchizatı Üzrə Mühəndis - VAKANSİYA
Fins.az - Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Elektrik işləri üzrə işçi layihələrin hazırlanması;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi
Layihələri FHN ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək;
Bina və qurğularda elektrik işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları və lazımı hesabatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları aidiyyatı qurum və bölmələrə göndərmək.
Tələblər:
Ali təhsil (müvafiq sahədə);
Mühəndis vəzifəsində iş təcrübəsi (3-5 il);
Kompüter bilikləri – MS Office, AutoCAD;
Tikinti norma və qaydalarına dair biliklər;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Ümumi məlumat:
İş yeri: Bakı şəhəri;
İş rejimi: 5 gün / 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.