Dövlət məktəblərində digər dildə təhsil üçün müsahibə qaydaları təsdiqlənib

Dövlət məktəblərində digər dildə təhsil üçün müsahibə qaydaları təsdiqlənib

SOSİUM
422

Fins.az - Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlər üçün müsahibə qaydası təsdiqlənib.

Məlumata əsasən, I sinfə qəbul üzrə müsahibələr ildə bir dəfə – may və iyun aylarında, II–XI siniflər üzrə isə ildə iki dəfə – avqust və növbəti ilin yanvar ayında keçiriləcək.

Müsahibələrin keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyi və ya yerli təhsil orqanları tərəfindən ən azı bir ay əvvəl rəsmi internet səhifələrdə və mediada elan veriləcək.

Müsahibələr ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla həyata keçiriləcək və prosesin müddəti minimum 20 dəqiqə olacaq. Bu zaman şagirdlərin dinləyib-anlama, rabitəli danışıq, söz ehtiyatı, tələffüz bacarıqları və yazı qabiliyyəti yoxlanılacaq.

Qiymətləndirmə 20 ballıq sistem üzrə aparılacaq və 12 və daha yüksək bal toplayan şagirdlər müsahibədən uğurla keçmiş hesab olunacaq.

Nəticələr müsahibədən sonra 5 iş günü ərzində elektron kabinet vasitəsilə ərizəçiyə göndəriləcək. Eyni zamanda, valideynlər və ya ərizəçilərə müsahibə prosesini kənar müdaxiləsiz izləmək imkanı veriləcək.

Üzrlü səbəblərdən (xəstəlik, fövqəladə hallar, ezamiyyət və s.) müsahibədə iştirak etməyən şagirdlər üçün əlavə müsahibə avqust ayında təşkil olunacaq.

Müsahibələr Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət məktəblərində digər dildə təhsil üçün müsahibə qaydaları təsdiqlənib — Fins.az — Fins.az