Dispetçer - VAKANSIYA

Dispetçer - VAKANSIYA

SOSİUM
309

Fins.az - Təmizlik xidməti üzrə fəaliyyət göstərən müəssisəyə dispetçer tələb olunur.

Əsas vəzifə öhdəlikləri: 

  • Xidmətin təşkilini həyata keçirmək

  • Xidməti həyata keçirən işçi heyətini idarə etmək

  • İşçiləri vəzifələrinə uyğun koordinasiya etmək  

  • Xidmətin keyfiyyətinin artırılması istiqamətində planlar hazırlayıb həmin planları həyata keçirmək;

  • Mövcud və ya yarancaq problemlərin optimal və operativ qaydada həllini həyata keçirmək

  • İşçilərin İşə davamiyyətinə nəzarət etmək  

  • Texniki şöbənin fəaliyyəti ilə bağlı daxil olan sifarişlərin aidiyyəti üzrə yönləndirilməsi.

  • Gələn şifahi və yaxud yazılı sorğuları qəbul edib analiz etmək,onları cavablamaq

  • Şirkətə məxsus avtomobillərin ümumi yanacaq hesabatlarını aparmaq;

  • Yanacaq qeydlərinə nəzarət etmək və dəqiqliyini təmin etmək;

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

  • Təhsil: Ali təhsil (nəqliyyat sahəsi üzrə olması üstünlükdür)

  • Oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi;

  • Yaş: 26-50                                                                                

  • İş təcrübəsi: İdarəetmə sahəsi üzrə ən azı 3 il

  • Araşdırma bacarığının olması vacibdir 

  • Həm yazılı, həm də şifahi ünsiyyət bacarıqları

  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları; 

  • Kreativ düşüncə, təşəbbüskarlıq, operativlik mütləqdir 

  • Microsoft Office proqramları ilə işləmək bacarığı mütləqdir

  • Avtomobili olan kişi namizədlərə üstünlük verilir 

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri

İşləmək istəyən namizədlər elektron poçt ([email protected]) ünvanına “Dispetçer” başlığı yazaraq CV-lərini göndərə bilərlər.

Əlaqə: (050)-275-42-92

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dispetçer - VAKANSIYA — Fins.az — Fins.az