Digital Marketing Manager - VAKANSİYA

Digital Marketing Manager - VAKANSİYA

SOSİUM
294

Fins.az - Caspian Textile MMC elan edir.

Biz məhsullarımızın onlayn kanallar vasitəsilə tanıdılması, reklam kampaniyalarının idarə edilməsi, veb-sayt trafikinin artırılması və SEO nəticələrinin yaxşılaşdırılması üçün Digital Marketing Manager axtarırıq.

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza

  • İş qrafiki: Tam iş günü

Əsas vəzifələr

  • Google Ads, Meta Ads və digər rəqəmsal reklam kampaniyalarının hazırlanması və idarə edilməsi 

  • Şirkət məhsullarının onlayn platformalarda tanıdılması və satışa dəstək kampaniyalarının həyata keçirilməsi 

  • Veb-saytın SEO göstəricilərinin yaxşılaşdırılması və axtarış sistemlərində görünürlüğün artırılması 

  • Sosial media kanalları üçün kontent planının hazırlanmasında iştirak 

  • Reklam büdcəsinin effektiv idarə edilməsi və nəticələrin analiz edilməsi 

  • Veb-sayt trafikinin, konversiyaların və kampaniya nəticələrinin izlənməsi 

  • Google Analytics, Search Console və digər analitika alətləri ilə hesabatların hazırlanması 

  • Rəqiblərin rəqəmsal marketinq fəaliyyətlərinin izlənməsi və təhlili 

  • Marketinq meneceri və satış komandası ilə birlikdə məhsul tanıtım strategiyalarının hazırlanması 

  • E-commerce və onlayn satış kanallarının inkişafına dəstək verilməsi 

Tələb olunan bilik və bacarıqlar

  • Digital marketing sahəsində minimum 3 il iş təcrübəsi 

  • Google Ads, Meta Ads və SEO üzrə praktiki biliklər 

  • Google Analytics və Google Search Console ilə işləmə bacarığı 

  • Sosial media reklamları və hədəfləmə prinsiplərini bilmək 

  • Veb-sayt trafikini və reklam nəticələrini analiz etmək bacarığı 

  • Kontent, açar sözlər və SEO optimizasiya üzrə anlayış 

  • Kreativ düşüncə və nəticəyönümlü yanaşma 

  • Büdcə planlaşdırılması və reklam xərclərinin effektiv idarə edilməsi bacarığı 

  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; ingilis dili üstünlükdür 

  • Komanda ilə işləmək və müxtəlif şöbələrlə koordinasiya bacarığı 

Üstünlük veriləcək bacarıqlar

  • E-commerce layihələrində iş təcrübəsi 

  • Email marketing, remarketing və CRM kampaniyaları üzrə biliklər 

  • Google və TikTok, Instagram və digər sosial media platformalarında reklam təcrübəsi 

  • Canva, Photoshop və ya digər dizayn alətləri ilə ilkin işləmə bacarığı 

Biz təklif edirik

  • Stabil və inkişaf edən şirkətdə iş imkanı 

  • Peşəkar komanda ilə əməkdaşlıq 

  • Rəqəmsal marketinq sahəsində inkişaf imkanı 

Müraciət üçün CV-nizi qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərin. Email mövzusunda qeyd edin: Digital Marketing Manager.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Digital Marketing Manager - VAKANSİYA — Fins.az — Fins.az