
İT Dəstək Mütəxəssisi (Helpdesk) - VAKANSİYA
Fins.az - İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
Orta ixtisas və ya ali təhsilli olması;
Müvafiq vəzifədə minimum 2–3 il iş təcrübəsi;
Azərbaycan dili - mükəmməl, rus dili – yaxşı,ingilis dili-texniki sənədləri oxumaq səviyyəsində;
Komanda ilə effektiv ünsiyyət bacarığı;
Məsuliyyətlilik, operativ problem həll etmə və detallara diqqət yetirmə bacarığının olması;
Vaxtın effektiv idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığının olması;
Analitik düşünmə bacarığı;
Windows OS və Microsoft Office proqramlarında yüksək səviyyədə biliklərin olması;
TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə biliklər;
LAN və Wi-Fi problemlərinin həllində praktiki işləmə bacarığı;
Remote access alətləri (RDP, AnyDesk və s.) ilə işləmə bacarığı;
Active Directory üzrə ilkin biliklər;
Windows və Linux server mühitləri üzrə baza biliklər (üstünlükdür);
POS sistemləri ilə iş təcrübəsi (üstünlükdür);
CompTIA A+, Microsoft MCP və ya oxşar, həmçinin Network sertifikatları üstünlükdür;
Məxfilik qaydalarına riayət edilməsi;
Ezamiyyətlərə hazır olmaq;
Sürücülük vəsiqəsi (üstünlükdür);
Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
Helpdesk sistemi üzərindən şirkət istifadəçilərindən daxil olan bütün müraciətlərin qəbul edilməsinin, qeydiyyata alınmasının və operativ şəkildə həll olunmasının təmin edilməsi;
İstifadəçilərin gündəlik texniki problemlərinin araşdırılması, səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, həmçinin istifadəçilərə ilkin texniki dəstəyin göstərilməsi və gündəlik İT məsələləri üzrə məlumatlandırılmasının təmin edilməsi;
Kompüter, noutbuk, printer, POS terminalları və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyinin göstərilməsi;
Windows əməliyyat sistemi və istifadə olunan proqram təminatlarında yaranan nasazlıqların aradan qaldırılması;
Lokal şəbəkə (LAN, Wi-Fi) problemlərinin diaqnostikasının və həllinin həyata keçirilməsi, TCP/IP, DNS və DHCP üzrə nasazlıqların aradan qaldırılması;
Active Directory və digər sistemlər üzərindən istifadəçi hesablarının yaradılması, idarə olunması və sistem giriş icazələrinin təmin edilməsi;
İşdən ayrılan əməkdaşların sistem girişlərinin bağlanması və İT avadanlıqlarının təhvil alınması prosesinin həyata keçirilməsi;
RDP, AnyDesk və digər uzaqdan qoşulma vasitələri ilə istifadəçilərə texniki dəstəyin göstərilməsi;
Backup proseslərinə nəzarət edilməsi və ehtiyac yarandıqda məlumatların bərpası prosesində iştirak edilməsi;
İT avadanlıqlarının inventar uçotunun aparılması və texniki vəziyyətinə nəzarət edilməsi;
Yeni açılan filiallarda İT infrastrukturunun qurulması və texniki setup proseslərinin həyata keçirilməsi;
Yeni işə qəbul olunan əməkdaşlar üçün texniki hazırlıq işlərinin həyata keçirilməsi;
Daxil olan müraciətlərin prioritet dərəcəsinə uyğun qiymətləndirilməsi və müəyyən edilmiş müddətlər çərçivəsində icrasının təmin edilməsi;
İT və əməliyyat komandaları ilə sıx əməkdaşlıq edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı 900-1200 azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İT Dəstək Mütəxəssisi (Helpdesk)” qeyd edərək ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.