Deputat əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib

Deputat əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib

SOSİUM
802

“Rayonlarda, elə Bakının özündə də əlillik dərəcələrinin müəyyənləşdirilməsi üçün lazım olan sənəd və məlumatlar elektron qaydada göndərilir”.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, rayon xəstəxanalarında isə bu işi görə bilən əməkdaş çox azdır: “Bir xəstə üçün bu məlumatların cədvələ doldurulması bəzən saatlarla vaxt alır. İnsanlar xeyli vaxt itirir. Sənəd gec gedir, işçilər çox vaxt yeni olduğuna görə, sənəd düzgün doldurulmur. Süründürməçilik yaranır. Bu işi bilən adamlar hazırlanmalıdır”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Deputat əlillərə daha asan xidmət göstərilməsi ilə bağlı təklif verib — Fins.az — Fins.az