Daxili Auditor - VAKANSİYA

Daxili Auditor - VAKANSİYA

SOSİUM
181

Fins.az - Payonix daxili audit, risklərin idarə olunması və maliyyə nəzarəti sahəsində Daxili Auditor vakansiyası elan edib.

Vəzifə təlimatları:

  • Təsdiq edilmiş audit planına uyğun olaraq daxili audit yoxlamalarının aparılması;

  • Maliyyə, əməliyyat və xərclər üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi;

  • Risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi;

  • Audit nəticələri üzrə hesabatların hazırlanması və tövsiyələrin formalaşdırılması;

  • Kredit portfelinin keyfiyyətinin, kreditləşdirmə prosedurlarının və qərarvermə proseslərinin yoxlanılması;

  • Maliyyə əməliyyatlarının qanunvericilik və daxili qaydalara uyğunluğunun yoxlanılması;

  • Rəhbərlik üçün tələb olunan məlumatların hazırlanmasında iştirak;

  • Azərbaycan Respublikasının qanunvericiliyində, AMB-nin normativ tələblərində və daxili sənədlərdə baş verən dəyişikliklərin izlənilməsi;

Tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;

  • Bank sferasında auditor və ya maliyyə nəzarəti sahəsində minimum 2–3 il iş təcrübəsi;

  • Audit və ERP sistemləri ilə işləmə təcrübəsi;

  • Audit hesabatlarının hazırlanması və analitik yazı bacarığı;

  • Excel və analitik alətlərlə işləmə bacarığı;

İş şəraiti

  • İş qrafiki: həftənin 5 günü 09:00dan 18:00a dək

  • Əmək haqqı – müsahibə əsnasında dəyərləndiriləcək

  • Ünvan: Malibo Residence

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Daxili Auditor - VAKANSİYA — Fins.az — Fins.az