
CNC Torna Dəzgahının Proqramlayıcı-Operatoru Vakansiyası
CNC torna dəzgahının proqramlayıcı - operatoru
Sənaye və istehsalat
İş şərtləri:
Növbəli iş qrafiki;
Rəqabətli əmək haqqı;
Nəqliyyat xidmətləri və nahar.
Ünvan: Bakı, Dərnəgül
İşin təsviri:
CNC dəzgahlarında detalların dəqiq və düzgün emalını həyata keçirmək;
Əməliyyat zamanı istifadə olunacaq kəsici alətlərin və qurğuların düzgün seçib və quraşdırmaq;
Texniki cizgilərə uyğun proqramları yazılmaq, dəzgahda sazlamaq və işlətmək;
Verilən çizgilər əsasında detalları qüsursuz emal etmək;
Sərtləşdirilmiş detalları (termiki emal keçmiş sərtliyi HRC-58-62) CNC torna dəzgahında emal etmək;
İdarəetmə stendi FANUC01-TF olan CNC dəzgahında işləmək;
Dəzgahın gündəlik texniki baxışını aparmaq və texniki nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq;
Emal müddətinin və material sərfiyyatının optimallaşdırılması üzrə təkliflər vermək;
Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət etmək.
Tələblər
CNC torna dəzgahı üçün proqram yazmaq və işləmək təcrübəsi 3 ildən az olmamalı;
Fanuc, Siemens və ya Heidenhain idarəetmə sistemlərindən birini bilmək üstünlükdür;
Ölçü alətləri ilə işləmə təcrübəsi olmalı(mikrometr, ştanqel və s.);
Çizgiləri və texniki çertyojları oxumaq bacarığı (orta səviyyədə);
Peşə dərəcəsi 4-cü dərəcədən aşağı olmamalı;
Xüsusi və universal tərtibatların konstruktiv xüsusiyyətlərini və istifadə qaydasını bilməli;
Alət poladlarından və sərt ərintilərdən hazırlanmış kəski alətlərinin həndəsi formasının itilənməsini və quraşdırılmasını bilməlidir;
Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığına malik olmaq.
İş şərtləri
Növbəli iş qrafiki;
Rəqabətli əmək haqqı;
Nəqliyyat xidmətləri və nahar.
Müraciət qaydası: https://job.metak.az/vacancy/show/279
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
