Bu tarixdən əmək pensiyasının minimum məbləği 320 manat olacaq

Bu tarixdən əmək pensiyasının minimum məbləği 320 manat olacaq

SOSİUM
597

Finss.az - Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat olaraq müəyyən edilib.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Əmək pensiyasının minimum məbləği əvvəlki 280 manat məbləğindən 320 manata yüksəldilib.

Bu dəyişiklik Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə hazırlanıb.
 

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu tarixdən əmək pensiyasının minimum məbləği 320 manat olacaq — Fins.az — Fins.az