Bu il doğulan uşaqlar üçün təyin edilən müavinətlərin sayı azalıb

Bu il doğulan uşaqlar üçün təyin edilən müavinətlərin sayı azalıb

SOSİUM
530

2025-ci ilin yanvar- iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində 51 min 497 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. Dünyaya gələn uşaqların 23 min 965 nəfəri qız, 27 min 532 nəfəri isə oğlandır.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il doğulan uşaqlar üçün təyin edilən müavinətlərin sayı azalıb — Fins.az — Fins.az