
Biznes satış üzrə böyük mütəxəssis (SME kreditləri) - VAKANSİYA
Fins.az - Express Bank vakansiya elan edir.
Təsvir
Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsinin təmin edilməsi;
Müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi;
Mövcud müştəri portfelinin idarə edilməsi və bank məhsullarının satışı;
Müştəriləri sorğularının lazımi struktur orqanlarla koordinasiya edilməsi, əməkdaşlıq və müraciət zamanı prosesin təqib edilməsi, yarana biləcək problemlərin həll olunması;
Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi.
Tələblər
Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
KOS Bankçılıq (kreditlərin təhlili və satışı) sahəsində minimum 4 il iş təcrübəsi;
Satış və müştəri bazası ilə işləmək bacarığı;
Təhlil etmə bacarığı;
Yüksək ünsiyyət, komandada işləmək bacarığı;
Problem həll etmə bacarığı;
Məsuliyyət və dəqiqlik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi sığorta
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri
Peşəkar korporativ mühitdə işləmək imkanı