
Baş Aşpaz - VAKANSİYA
Fins.az - Bakıda fəaliyyət göstərən premium kofe shop şəbəkəsi komandasını gücləndirmək üçün Baş Aşpaz axtarır.
Əsas vəzifələr:
Mətbəxin gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunmasını təmin etmək;
Menyunun hazırlanması və mövsümi yenilənməsində iştirak etmək;
Yeməklərin reseptlərə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək;
Mətbəx heyətinin iş bölgüsünü təşkil etmək, onların fəaliyyətini koordinasiya etmək və inkişafına dəstək olmaq;
Xammal və məhsul ehtiyatlarına nəzarət etmək, sifarişlərin planlaşdırılmasında iştirak etmək;
Məhsul itkisini minimuma endirmək və xərclərin optimallaşdırılmasını təmin etmək;
Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;
Yeni məhsulların hazırlanması və təqdim olunması üzrə təkliflər vermək;
Digər şöbələrlə koordinasiyalı işləyərək yüksək xidmət keyfiyyətini təmin etmək.
Tələblər:
Baş aşpaz və ya Sous Chef vəzifəsində minimum 3 il iş təcrübəsi;
Restoran və ya premium kafe sektorunda iş təcrübəsi;
Müasir mətbəx, brunch, breakfast və cafe menyuları üzrə biliklər;
Qida təhlükəsizliyi və sanitariya standartları barədə bilik;
Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
Xərclərin idarə olunması (food cost), porsiya nəzarəti və inventar idarəetməsi üzrə biliklər;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Məsuliyyətli, nizam-intizamlı və nəticəyönümlü yanaşma.
Biz təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı;
Stabil və uzunmüddətli əməkdaşlıq;
Peşəkar inkişaf və karyera imkanları;
Müasir və dinamik iş mühiti;
Mehriban və peşəkar komanda.
İş yeri: Bakı şəhəri
Maraqlanan namizədlər öz CV-lərini ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.