Bakıdakı eskalator və liftlər tamamilə yenilənəcək – BŞİH

Bakıdakı eskalator və liftlər tamamilə yenilənəcək – BŞİH

SOSİUM
235

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır.

Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvanda ümumilikdə 177 eskalatorun və 2 travelatorun yenilənməsi nəzərdə tutulur. Eyni zamanda, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri həyata keçiriləcək.

Qeyd olunub ki, yenilənəcək eskalatorların bir hissəsi texniki uyğunsuzluqla quraşdırılıb, digər hissəsi isə istismar müddətini başa vurub. Vətəndaşların təhlükəsizliyi və rahat hərəkəti məqsədilə həmin avadanlıqlar tamamilə yeni sistemlərlə əvəz ediləcək.

Yeni eskalatorların dünyanın aparıcı istehsalçılarından biri olan Finlandiyanın KONE şirkəti tərəfindən istehsal olunacağı bildirilib.

Məlumata əsasən, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər fərdi ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə hazırlanacaq. Bu səbəbdən istehsal və çatdırılma prosesi bir neçə ay davam edəcək və quraşdırma işlərinə cari ilin payız aylarında mərhələli şəkildə başlanması planlaşdırılır.

Qeyd edilib ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan bu eskalator və mexanizmlər yenilənmə prosesindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıdakı eskalator və liftlər tamamilə yenilənəcək – BŞİH — Fins.az — Fins.az