Bakıda məktəblər distant təhsilə keçir – Hansı rayonlarda dərslər onlayn olacaq?

Bakıda məktəblər distant təhsilə keçir – Hansı rayonlarda dərslər onlayn olacaq?

SOSİUM
606

Fins.az - Bakıda bəzi məktəblərdə tədris prosesi müvəqqəti olaraq distant formata keçiriləcək.

Qərar Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar qəbul edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, 18-22 may tarixlərində paytaxtın bir sıra rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər məsafədən təşkil olunacaq.

Qərar Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarında yerləşən məktəbləri əhatə edir. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarında isə tədris ənənəvi formada davam edəcək.

Məlumata əsasən, distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən keçiriləcək. Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri vasitəsilə “Teams” platformasına daxil olaraq dərs cədvəllərini hazırlayacaqlar.

Şagirdlər üçün onlayn dərslərə qoşulma məlumatları platforma vasitəsilə paylaşılacaq.

Qeyd edək ki, WUF13 tədbiri ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının azaldılması və hərəkətin tənzimlənməsi məqsədilə bir sıra dövlət və təhsil müəssisələrində fəaliyyət müvəqqəti distant rejimdə təşkil olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...