Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı stadionlarının siyahısında yer alıb

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı stadionlarının siyahısında yer alıb

SOSİUM
745

Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

Fins.az xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena 41-ci pillədə qərarlaşıb.

Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıq edir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk "üçlüy"ü isə Almaniyanın “Borussiya Dortmund” komandasının matçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.

Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu Azərbaycanın ən böyük arenasıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı stadionlarının siyahısında yer alıb — Fins.az — Fins.az