Bakı filialları - Müştəri xidməti şöbəsinin mütəxəssisi - VAKANSİYA

Bakı filialları - Müştəri xidməti şöbəsinin mütəxəssisi - VAKANSİYA

SOSİUM
654

Fins.az - Xalq Bank "Bakı filialları - Müştəri xidməti şöbəsinin mütəxəssisi" vəzifəsinə vakansiya elan edir.


Təsvir

  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;

  • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;

  • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;

  • Kredit müraciətlərinin qəbulu və analizi;

  • Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;

  • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;

  • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

  • Kredit sənədlərinin tərtibi;

  • Kredit portfelinə nəzarət və idarə etmək;

  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;

  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

  • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;

  • Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;

  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

  • Riyazi hesablama aparmaq qabiliyyəti;

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

  • Kompüter bilikləri.

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-baki-filiallari-musteri-xidmeti-sobesinin-mutexessisi-89007?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı filialları - Müştəri xidməti şöbəsinin mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az