Azərbaycanda nikah və boşanma göstəriciləri açıqlanıb

Azərbaycanda nikah və boşanma göstəriciləri açıqlanıb

SOSİUM
431

Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar ayında 2 922 nikah və 1 779 boşanma faktı dövlət qeydiyyatına alınıb.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-fevral aylarını əhatə edən makroiqtisadi göstəricilərində yer alıb.

Hesabata əsasən, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Qeyd olunub ki, bu göstəricilər ölkədə demoqrafik vəziyyətin izlənməsi və sosial siyasətin planlaşdırılması üçün əsas statistik məlumatları təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nikah və boşanma göstəriciləri açıqlanıb — Fins.az — Fins.az