Azərbaycan Türkiyənin avtobus ixrac etdiyi ölkələr sırasında ilk onluqdadır

Azərbaycan Türkiyənin avtobus ixrac etdiyi ölkələr sırasında ilk onluqdadır

SOSİUM
1,270

Türkiyə ötən il 1 mlrd. 469 mln. 272 min ABŞ dolları dəyərində müxtəlif həcmli avtobus ixrac edib, bu da illik müqayisədə 16,1% artım deməkdir.

Fins.az xəbər verir ki, APA-nın Türkiyənin “Anadolu Ajansı”a istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkə 1 mlrd. 265 mln. 559 min dollar dəyərində avtobus ixrac edib.

“Bu prosesdə sektor iştirakçıları 83 ölkəyə məhsul göndəriblər. Ən çox ixrac edilən 10 ölkədən 8-i Avropa ölkəsidir”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, Türkiyənin ixrac etdiyi ölkələrin sırasında Azərbaycan ilk onluqda qərarlaşıb. Belə ki, ötən il Türkiyə Azərbaycana 47 mln. 666 min dollarlıq ixrac edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Türkiyənin avtobus ixrac etdiyi ölkələr sırasında ilk onluqdadır — Fins.az — Fins.az