
Azərbaycan şahmatçıları dünya çempionatında çıxış edəcəklər
Azərbaycan şahmat millisi yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında mübarizə aparacaq.
Fins.az - xəbər verir ki, yarış İtaliyanın Montesilvano şəhərində keçiriləcək və 14, 16 və 18 yaş kateqoriyalarını əhatə edəcək. Turnirdə 86 ölkə təmsil olunacaq.
Azərbaycan komandası məşqçi Fərid Abbasovın rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdinin yer aldığı bildirilib.