Azərbaycan GUAM-a sədrliyinin priortetlərini açıqladı

Azərbaycan GUAM-a sədrliyinin priortetlərini açıqladı

SOSİUM
675

Fevralın 27-28-də Kiyevdə GUAM-a üzv ölkələrin milli koordinatorlarının 52-ci iclası keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Təşkilatın katibliyində baş tutan toplantıda Azərbaycan GUAM-a 2020-ci ildə sədrliyi dövründə prioritetlərini açıqlayıb. Görüşdə cari ildə həyata keçiriləcək tədbirlər planı da razılaşdırılıb.

İclasda həmçinin siyasi, parlamentlərarası və sektoral əməkdaşlıq məsələləri, həmçinin “GUAM +” formatında, xüsusən də ABŞ və Yaponiya ilə qarşılıqlı əlaqələr də müzakirə olunub.

Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan GUAM-a sədrliyinin priortetlərini açıqladı — Fins.az — Fins.az