Audit - VAKANSİYA

Audit - VAKANSİYA

SOSİUM
224

Fins.az - BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

 Vəzifə öhdəlikləri: 

  • Bütün növ BOKT əməliyyatlarının və BOKT-də mövcud olan bütün risklərin auditini aparmaq;

  • BOKT-un maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının auditini aparmaq;

  • Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;

  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;

  • Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyyə etmək;

  • Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;

  • Audit  zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq;

  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;

  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək.

Tələblər:

  • Yaş: 21 — 35 yaş

  • Maliyyə, iqtisadiyyat üzrə ali təhsil; 

  • Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür; 

  • Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKT daxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;

  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək; 

  • Analitik düşünmə, təhlil etmə qabiliyyəti. 

Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Audit” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Audit - VAKANSİYA — Fins.az — Fins.az